Cəbrayılda "Qurban Yarmarkası – Bərəkət Festivalı" keçirildi
27 may tarixində Qurban bayramı münasibətilə Cəbrayıl rayonunun Horovlu kəndində "Qurban Yarmarkası – Bərəkət Festivalı" keçirilib.
Far.Az xəbər verir ki, festival çərçivəsində Şərqi Zəngəzur və ətraf bölgələrdə fəaliyyət göstərən fermer və heyvandarlıq təsərrüfatları tərəfindən təqdim olunan qurbanlıq heyvanlar baytar mütəxəssislərin nəzarəti altında satışa çıxarılıb. Yarmarkada qonaqlar üçün yerində kəsim xidməti, milli mətbəx nümunələri, canlı musiqi proqramı, həmçinin uşaqlar üçün əyləncə zonaları fəaliyyət göstərib.
Festival Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dəstəyi ilə baytarlıq nəzarəti və sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla təşkil olunub. Qurbanlıq heyvanların sağlam və təhlükəsiz şəraitdə satışının və kəsiminin təşkili üçün bütün zəruri tədbirlər həyata keçirilib.
Həmçinin AQTİ-nin xüsusi avadanlıqlarla təhciz olunmuş biotəhlükəsizlik laboratoriyalarının və dezinfeksiya tədbirləri üçün əraziyə cəlb olunmuş AXA mütəxəssislərinin də iştirakı ilə keçirilən tədbirdə yerli sakinlər müvafiq qaydalara uyğun şəkildə Qurban bayramını qeyd ediblər. Məqsəd yerli fermerlərə dəstək olmaq, bölgədə kənd təsərrüfatı fəaliyyətini təşviq etmək və qurbanlıq heyvanların alışını daha rahat və təşkilatlanmış formada həyata keçirməkdir. Korporativ və sosial məqsədli qurban paylarının təşkili üçün platforma rolunu oynayacaq tədbir şirkət və qurumların birbaşa fermerlərlə işgüzar əlaqələrini də təmin edib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Alyona Əliyeva: "Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram"
-
Buraxılış imtahanında maksimum nəticə: 300 bal toplayan şagirdlər açıqlandı
-
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
-
SEPAH 25 gəminin Hörmüz boğazından keçidinə icazə verib
-
Yunanıstan millisinin və "Olimpiakos"un sabiq futbolçusu Paraskevas Antzas vəfat edib
-
AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır













