Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Şimal-qərb bölgəsində leysan yağışları olub, Qax və Şəkinin bəzi ərazilərinə dolu düşüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, günün ikinci yarısı saat 16:30-dan başlayaraq ölkənin Şimal-qərb bölgəsinin Balakən rayonu istiqamətindən ölkə ərazisinə qeyri-sabit hava şəraiti daxil olub. Hava şəraitinin kəskin dəyişməsi səbəbilə bölgənin Balakən, Zaqatala, Qax və Şəki rayonları ərazisində leysan xarakterli yağış müşahidə olunub.
Bölgənin dağ çaylarında suyun səviyyəsində artım müşahidə olunub. Qax rayonunun Ağçay, İlisu və Sarıbaş kəndlərinin ərazilərinə və Şəki rayon mərkəzinin yuxarı hissəsinə dolu düşüb. Qaxın Ağçay kəndinin daxilindən axan çaydan qısamüddətli sel keçib. Bölgədə qeyr-sabit hava şəraiti davam edir.
Qəbələdə də küləklə müşayiət olunan güclü leysan və dolu düşərək fəsadlar yaradıb. Ani başlayan yağış küçələrdə keçilməz suyun yaranmasına səbəb olub, eləcə də dolu nəticəsində təsərrüfatlara ciddi ziyan dəyib.
Dolu dənəciklərinin böyük olması həm ağaclara həmdə avtomobillərə ciddi ziyan vurub. Qeyri sabit hava şəraiti hələdə davam edir.
Qalereya
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir
-
Şamaxıda Yay Fest 2026-ya start verildi
-
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib
-
ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...
-
Britaniya Aİ-nin Ukraynanı maliyyələşdirmə üzrə 90 milyard avroluq proqramına qoşulub
-
Almaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb













