Alimlər iqlimi almaz tozu ilə soyutmağı təklif ediblər
- Режиссер: Адам Вингард
- Жанр:Фантастика, комедия
- Сценарист: Джош Шеффер
- Актеры: Александр Скарсгард, Милли Бобби Браун, Ребекка Холл, Брайан Тайри Генри, Сюн Огури, Эйса Гонсалес, Джулиан Деннисон, Лэнс Реддик
- Дата выхода:2 июня 2022
- Перевод: Дубляж
Про что фильм "Alimlər iqlimi almaz tozu ilə soyutmağı təklif ediblər"
İsveçrə və ABŞ-dən olan beynəlxalq alim qrupu təyyarədən atmosferə almaz tozu atmağın Yeri soyuda biləcəyinə dair dəlillər tapıb.
“Far.Az” xəbər verir ki, tədqiqat “Geofiziki Tədqiqat Yazıları” (GRL) elmi jurnalında dərc edilib.
Bu araşdırma çərçivəsində komanda iqlimin tənzimlənməsinə hansı növ materialın daha yaxşı uyğun gələcəyini müəyyən etmək üçün 3D model qurub. Proqram təminatı həmçinin işığın və istiliyin əks olunması kimi müxtəlif aerozolların təsirlərini də əhatə edib.
Daha sonra alimlər yeddi maddənin hissəciklərinin Yerə səpələnməsinin təsirini modelləşdiriblər: kalsit, almaz, alüminium, silisium karbid, rutil, kükürd dioksid və anataz (titan dioksidin variasiyası).
Nəticələr göstərib ki, almaz tozu ən çox işıq və istiliyi əks etdirəcək. Bundan əlavə, almaz hissəcikləri ağlabatan müddət ərzində havada qala biləcək və eyni zamanda bir-birinə yapışmayacaq.
Alimlər qeyd ediblər ki, almaz kimyəvi cəhətdən ətalətlidir, buna görə də atmosferdəki digər birləşmələrlə reaksiyaya girməyəcək və turşulu yağışların yağmasına səbəb olmayacaq (kükürd dioksiddən fərqli olaraq).
Modelə görə, atmosferə 5 milyon ton sintetik almaz tozunun səpələnməsi 45 il ərzində Yeri 1,6°C soyudacaq. Lakin belə bir layihənin dəyəri təxminən 200 trilyon dollar təşkil edəcək.