Xırdalanda zibil PROBLEMİ: "Üfunətdən, ağcaqanad əlindən evdə oturmaq olmur"
Far.Az xəbər saytı

Xırdalanda zibil PROBLEMİ: "Üfunətdən, ağcaqanad əlindən evdə oturmaq olmur"


Abşeron rayonunun Xırdalan şəhəri, 26-cı məhəllə, Məhsəti Gəncəvi küçəsində yerləşən geniş ərazi uzun illərdir məişət tullantıları ilə çirkləndirilir.

Sakinlərin sözlərinə görə, ərazidəki antisanitar vəziyyət 15 ildən artıqdır davam edir. Onlar bildirirlər ki, tullantılardan yayılan üfunət, eləcə də küçə heyvanlarının əraziyə toplaşması gündəlik həyatlarını çətinləşdirir:

"Üç ildir burada yaşayıram. Bu ərazini təmiz vəziyyətdə gördüyümü xatırlamıram", "Üfunətin, ağcaqanadın əlindən evdə oturmaq olmur", - deyə sakinlər Baku TV-yə narazılıqlarını bildiriblər.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən yer hüquqi şəxsə məxsusdur və ərazinin təmiz saxlanılması ilə bağlı bir neçə dəfə şirkətə xəbərdarlıq edilib.

Qurumdan o da qeyd olunub ki, yaxın ərazidə məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlar mövcuddur. Lakin vətəndaşlar məişət tullantılarını yol üzərində olan bu əraziyə atırlar:

"Son yağışlardan sonra ərazi palçıqlı olduğu üçün texnikanın işləməsi mümkün deyil. Tezliklə ərazi təmizlənəcək".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər