ABŞ İran millisinin bəzi nümayəndələrinə viza vermədi
Far.Az xəbər saytı

ABŞ İran millisinin bəzi nümayəndələrinə viza vermədi


İran milli futbol komandasının nümayəndə heyətinin bir hissəsi 2026-cı il dünya çempionatı öncəsi ABŞ vizası ala bilməyib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat İranın Türkiyədəki səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşılıb.

"Milli komandanın rəhbərliyinin, məşqçilər korpusunun, texniki məsləhətçilərin və komandanın ayrılmaz hissəsi olan digər şəxslərin əhəmiyyətli hissəsinə viza verilməsindən imtina edildiyini niyə demirsiniz?", - deyə paylaşımda qeyd olunub.

Qrup mərhələsində İran millisi Kaliforniya ştatının İnqlvud şəhərində Yeni Zelandiya və Belçika milli komandaları ilə qarşılaşacaq. Daha sonra isə Sietldə Misir milli komandası ilə üz-üzə gələcək.

2026-cı il FIFA Dünya Çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.

Hazırkı dünya çempionu Argentina millisidir. Argentinalılar 2022-ci il dünya çempionatının finalında Fransa millisini məğlub edərək titul qazanıblar.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər