Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Davis Cup"da iştirak edəcək
Far.Az xəbər saytı

Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Davis Cup"da iştirak edəcək


Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Davis Cup"da iştirak edəcək.

Bu barədə "Report"a Azərbaycan Tennis Federasiyasından (ATF) bildirilib.

Komanda yarışda iştirak etmək məqsədilə Moldovaya yola düşüb. ATF-nin vitse-prezidenti Orxan Manaflı və koordinatoru Yalçın Manaflının rəhbərliyi altında turnirdə ölkəmizi Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov təmsil edəcəklər.

Qeyd edək ki, tennisçilər "Davis Cup"ın III qrupunda mübarizə aparacaqlar. Yarış iyunun 10–13-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək.

Oxşar xəbərlər

III MDB Oyunlarında uğurla çıxış edən stolüstü tennisçilər mükafatlandırılıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib
Stolüstü tennis üzrə Azərbaycan çempionatının qaliblərinin adına aydınlıq gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər