Bugün
“Türk Hava Yolları” 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib “Türk Hava Yolları” 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib
Ermənistan KTMT-də iştirakını dondurduğunu rəsmən açıqlayıb Ermənistan KTMT-də iştirakını dondurduğunu rəsmən açıqlayıb
Ermənistan parlamentinin spikeri: Rusiya bizi dəfələrlə aldadıb Ermənistan parlamentinin spikeri: Rusiya bizi dəfələrlə aldadıb
İran XİN: Üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğu regionun maraqlarına ziddir İran XİN: Üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğu regionun maraqlarına ziddir
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

26-05-2022, 16:53 719

Bakıda “Qoşulmama Hərəkatının təkamülündə Afrika irsi” mövzusunda konfrans keçirilib Bakıda “Qoşulmama Hərəkatının təkamülündə Afrika irsi” mövzusunda konfrans keçirilib Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə “Qoşulmama Hərəkatının təkamülündə Afrika irsi” mövzusunda konf

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə “Qoşulmama Hərəkatının təkamülündə Afrika irsi” mövzusunda konfrans keçirilib.

XİN-dən FAR.AZ-ya verilən xəbərə görə, Afrika gününə həsr olunmuş konfransın əsas məqsədi Qoşulmama Hərəkatı (QH) tarixində Afrika irsinin rolu və Hərəkatın hazırki beynəlxalq münasibətlər konyukturasında Afrika qitəsindən olan ölkələrin maraqlarını daha yaxşı təbliğ etməsinə dair müzakirələrin aparılması olub.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev və Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarşın açılış nitqi ilə çıxış etdiyi konfransda Azərbaycanda akkreditə olunmuş diplomatik korpus, akademik dairələr, tədqiqatçılar, Afrika Birliyi ölkələri, həmçinin QH-yə üzv ölkələrdən olan tələbələr və çoxsaylı media nümayəndələri iştirak edib.

Konfransda açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov, Azərbaycanın Afrika ölkələri ilə artan xətt üzrə inkişaf edən əməkdaşlıq əlaqələrinin yeni müstəviləri əhatə etdiyini bildirib. Azərbaycanın QH-yə sədrliyi çərçivəsində Azərbaycan və Afrika qitəsi ölkələri arasında mövcud münasibətlərin yeni mərhələyə qədəm qoymasını məmnunluqla qeyd edən nazir Ceyhun Bayramov, Hərəkatın hazırki sədri qismində Azərbaycanın Afrika qitəsini fəaliyyət dövründə diqqət mərkəzində saxlanılması üçün prioritet regionlardan biri kimi müəyyən etdiyini diqqətə çatdırıb. Afrikanın böyük potensiala malik olan bir qitə kimi əhəmiyyətinə diqqət çəkən nazir Ceyhun Bayramov, bu konfransın qlobal sülhün və inkişafın təmin edilməsində Afrika qitəsinin tarixi, bu günü və gələcək rolu haqqında məhsuldar müzakirələr aparmaq üçün yaxşı fürsət olduğunu bildirib.

Çıxışın tam mətni ilə keçid vasitəsilə tanış ola bilərsiniz: https://mfa.gov.az/az/news/no25722

Həmçinin, 25 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tərəfindən Afrika günü münasibətilə Afrika Birliyi Komissiyasının sədri Musa Faki Mahamata və Afrika Birliyinə hazırda sədrlik edən ölkə qismində Seneqal Respublikasının xarici işlər naziri Aissata Tol Sola məktublar ünvanlanmışdır. Məktublarında nazir Ceyhun Bayramov, qarşı tərəfə Afrika Günü münasibətilə öz səmimi təbriklərini çatdırıb. Nazir Ceyhun Bayramov QH-yə sədrliyimiz dövründə Azərbaycanın Afrika ilə münasibətlərinin daha da inkişaf etməsinin qürurverici olduğunu ifadə edib. Nazir, Azərbaycanın QH-yə sədrliyi dövründə pandemiyanın inkişaf etməkdə olan ölkələrə, xüsusilə Afrika ölkələrinə təsirini minimuma endirmək istiqamətində qlobal təşəbbüsləri geniş şəkildə təşviq etdiyini vurğulayıb. Məktublarında nazir Ceyhun Bayramov, Azərbaycanın istər QH sədrliyi dövründə, istərsə də ondan sonra Afrika ölkələri də daxil olmaqla bütün QH üzvləri ilə çoxtərəfliliyin təşviqi, eləcə də QH üzv ölkələri arasında əməkdaşlıq, dostluq və həmrəyliyin gücləndirilməsi uğrunda səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib

Region

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır

Region

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

Region

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər

Region

Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər

Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır

Region

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Region

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək

Futbol

"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək

"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək

Biznes

Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək

Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək