Donald Tramp 2026-cı il Dünya Kubokunu tarixin ən uğurlu Dünya Kuboku adlandırıb
Far.Az xəbər saytı

Donald Tramp 2026-cı il Dünya Kubokunu tarixin ən uğurlu Dünya Kuboku adlandırıb


ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatını FIFA tarixinin ən uğurlu mundialı adlandırıb.

Far.Az xarici mətbuata istinadən xəbər verir ki, Trampın sözlərinə görə, çempionat artıq bilet satışları baxımından rekord göstəricilərlə yadda qalır.

"Bu, FIFA-nın indiyədək keçirdiyi ən uğurlu dünya çempionatıdır. Onlar heç vaxt biletləri bu qədər sürətlə və belə həcmdə satmayıblar. Bu, həqiqətən də inanılmazdır. Ölkəmizdə futbola həmişə böyük maraq göstərilməyib. Buna baxmayaraq, bu, ən uğurlu dünya çempionatıdır", - deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, FIFA prezidenti Canni İnfantino ilə söhbəti zamanı təşkilat rəhbəri də belə bir marağın daha əvvəl qeydə alınmadığını vurğulayıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi turnir iyunun 11-dən iyulun 19-dək davam edəcək.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə - Şəki SƏFƏRİ
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər