DÇ-2026: Yovo Lukiç mundiallar tarixində yeni rekorda imza atıb
Far.Az xəbər saytı

DÇ-2026: Yovo Lukiç mundiallar tarixində yeni rekorda imza atıb


Bosniya və Herseqovina millisinin futbolçusu Yovo Lukiç dünya çempionatları tarixində yeni rekorda imza atıb.

"Far.Az" "Opta"ya istinadən xəbər verir ki, 27 yaşlı hücumçu buna DÇ-2026-nın qrup mərhələsinin I turunda Kanada yığması ilə heç-heçə etdikləri (1:1) matçda nail olub.

Qarşılaşmada hesabı açan forvard hava toplarında dominant oyun nümayiş etdirib və rəqibləri ilə 9 epizodun hamısından qalib ayrılıb.

Beləliklə, Y.Lukiç həmin statistikanın qeydə alınmağa başladığı dövrdən (1966-cı il mundialı) etibarən hava toplarında bu sayda uğurlu olan yeganə oyunçudur.

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
DÇ-2026: Kanada - Bosniya və Herseqovina matçında qalib müəyyənləşməyib - YENİLƏNİB-5
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər