Bakıda Şimali Kiprin Mədəniyyət Günü keçirilir
Bakıda Şimali Kiprin Mədəniyyət Günü təşkil olunub.
"Far.Az" xəbər verir ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil olunan Mədəniyyət Gününün açılışında Şimali Kiprin Baş naziri Ünal Üstel və rəhbərlik etdiyi nümayəndə heyəti, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kiprin Azərbaycandakı səfiri Ufuk Turqaner, Milli Məclisin üzvləri və digər rəsmilər iştirak edib.
Açılış nitqi ilə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud "İçərişəhər"in müxtəlif xalqların mədəniyyətinin və incəsənətinin təqtimatına həmişə uğurla evsahibliyi etdiyini deyib.
O, mədəniyyətin xalqları bir-birinə yaxınlaşdıran körpü olduğunu vurğulayıb.
Şimali Kipr Baş nazirinin müavini Fikri Ataoğlu Azərbaycan-Türkiyə-Şimali Kipr qardaşlığına diqqət çəkərək təşkil olunan Mədəniyyət Gününü bu birliyin təzahürü adlandırıb.
Ü.Üstel isə çıxışında qonaqpərvərlik və təşkilatçılığa görə Azərbaycana təşəkkür edib. O, xalqlar arasındakı mövcud dostluq və qarşılıqlı dəstəyin gələcək illərdə də əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.
Çıxışların ardınca Şimali Kiprin milli-mədəni irsi, incəsənəti, musiqisi, rəqsləri, mətbəxi və turizm potensialını nümayiş etdirən stendlər təqdim olunub.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
-
Kürdəmirdə iki yük maşınının iştirakı ilə ağır qəza olub, bir nəfər ölüb













