Popoviç: Çoxları Türkiyəyə məğlub olacağımızı düşünürdü - YENİLƏNİB
Türkiyə yığmasının çox istedadlı futbolçuları var.
"Far.Az" xəbər verir ki, bunu dünya çempionatında Türkiyə ilə eyni qrupda yer alan və iyunun 14-də "ay-ulduzlular"ı 2:0 hesabı ilə məğlub edən Avstraliyanın baş məşqçisi Toni Popoviç deyib.
"Çox istedadlı futbolçuları var, bütün matç boyu təhlükə yaradıblar. Onlara qarşı yaxşı müdafiə olunmalı idik, amma müəyyən bölgələrdə sıxışdıra biləcəyimizi hiss etdik və bu mövzuda uğurlu olduq", - o qeyd edib.
Popoviçin sözlərinə görə, əksəriyyət bu oyunun favoriti kimi Türkiyəni görürdü:
"Çox böyük bir əksəriyyət Türkiyəyə məğlub olacağımızı düşünürdü. Türkiyəyə qalib gəldiyimiz üçün komandada dəyişikliyin olduğunu deyə bilərəm. ABŞ ilə qarşılaşmaya hazırlaşmalıyıq".
Dünya çempionatında Türkiyə millisini 2:0 hesabı ilə məğlub edən Avstraliyanın baş məşqçisi Toni Popoviç oyunun belə nəticələnməsinə görə çox sevindiyini bildirib.
"Far.Az" xəbər verir ki, T. Popoviç bunu matçdan sonra SBS telekanalının efirində deyib.
"Burada baş məşqçi kimi olmağımdan qürur duyuram", - o vurğulayıb və komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edib.
Popoviç yığmanın oyununu belə qiymətləndirib:
"Heyətin işi və məşqçi skamyasında qəbul edilən doğru qərarlarla qürur duyuram. Mən onları istiqamətləndirməyə, oyunçuları dəstəkləməyə çalışdım və onlar özlərini mükəmməl göstəriblər".
Qeyd edək ki, Türkiyənin baş məşqçisi Vinçentso Montella azarkeşlərə növbəti oyunda daha yaxşı nəticə vəd edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb













