Gimnaziadada iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
Bəhreynin paytaxtı Manamada keçiriləcək Gimnaziadada iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən "Far.Az"a verilən məlumata görə, ölkəmiz yarışda 14 idmançı ilə təmsil olunacaq.
Millinin heyətində oğlanlar arasında Mehdi Budaqlı (45 kq), Kənan Əliyev (48 kq), Bahadur Dostuyev (51 kq), Ülvi Abdullayev (55 kq), Aydın Süleymanov (59 kq), Əbdülsübhan Dadaşlı (63 kq), Bilal Enis Turan (68 kq), Elcan Əliyev (78 kq), Allahverdi Məmmədov (+78 kq) qalib adı uğrunda yarışacaqlar.
Qızların mübarizəsində isə Gülü Zamanlı (42 kq), Xuraman Cavadzadə (44 kq), Nilufer Borji (49 kq), Seyidxanım Məmmədova (52 kq) və Sehri Cəlalova (55 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.
Beynəlxalq dərəcəli referi Gündüz Abdullayev ölkəmizi hakim kimi təmsil edəcək.
Qeyd edək ki, taekvondo üzrə yarışlar 27, 28 və 30 oktyabr tarixlərində keçiriləcək. 71 ölkənin iştirak edəcəyi yarışda Azərbaycan 16 idman növündə 18 yaşadək 160 idmançı ilə təmsil olunacaq.
Oxşar xəbərlər
Azərbaycan güləşçiləri Bəhreyndəki Gimnaziadada iştirak edəcək
Azərbaycan taekvondoçuları Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Turan"ın 70 yaşlı təsisçisi: "Klubun tarixi adını geri qaytarmaq olar" - MÜSAHİBƏ
Azərbaycanın yeniyetmə paralimpiyaçıları Gimnaziadada iştirak edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb













