Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
Far.Az xəbər saytı

Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib


Beynəlxalq Olimpiya Komitəsinin Təhlükəsiz İdman üzrə məsləhətçisi Tiene Vertommen Azərbaycanda səfərdədir.

"Far.Az"un məlumatına görə, Vertommen səfərin ikinci günündə UNICEF nümayəndələri ilə bir araya gələrək, idmanda uşaqların və yeniyetmələrin təhlükəsizliyi mövzusunda müzakirələr aparıb.

Görüşdə UNICEF-dən uşaq müdafiəsi mütəxəssisi Vüqar Salmanov və yeniyetmə inkişaf üzrə mütəxəssisi Nigar Nəsrullayeva, Milli Olimpiya Komitəsindən setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev, beynəlxalq proqramlar şöbəsinin əməkdaşı Ceyhun Rəhmənov, Beynəlxalq Olimpiya proqramları idarəsinin aparıcı məsləhətçi Lalə Hüseynova və "Təhlükəsiz idman" üzrə işçi heyətinin üzvü Ayan Xankişiyeva iştirak ediblər.

Görüşdə paytaxt və regionlarda təhlükəsiz idmanın təbliği üzrə keçirilən maarifləndirici tədbirlərdən danışılıb.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
UNICEF-in direktor müavini: Azərbaycan uğurlu COP tədbirinə ev sahibliyi edəcək
UNICEF-in direktor müavini: Azərbaycanın COP sədrliyində uşaqlarla bağlı uğurlu təşəbbüslər planı var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər