Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub
Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub.
Far.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Ümumilikdə 38 270 kvadratmetr ərazidə yenidən qurulan tibb müəssisəsi 46 çarpayıdan ibarətdir. Xəstəxanada Diaqnostika, Anesteziologiya, reanimasiya və intensiv terapiya, Cərrahiyyə, Ağciyərdənkənar vərəm şöbələri, eləcə də Qeydiyyat, Aptek və Texniki dəstək bölmələri fəaliyyət göstərir.
Müəssisə infeksion nəzarət tədbirləri, müasir ventilyasiya sistemləri və mərkəzləşdirilmiş oksigen təchizatı ilə təmin edilib.
Bildirilib ki, Ağciyərdənkənar vərəm şöbəsi ambulator və 20 çarpayılıq stasionar şəraitdə fəaliyyət göstərir və ölkədə bu istiqamətdə xidmət göstərən yeganə ixtisaslaşmış şöbədir. Burada sinir sistemi, plevra, sümük-oynaq, dəri, bağırsaq, limfa düyünləri və digər orqanların vərəmi üzrə tibbi xidmətlər göstəriləcək.
Məlumata görə, Cərrahiyyə şöbəsi ftizio, torakal və ümumi cərrahiyyə xidmətləri üçün nəzərdə tutulub. Şöbə 20 çarpayılıq palatalardan və müasir tibbi avadanlıqlarla təchiz olunmuş cərrahi blokdan ibarətdir.
Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində isə hərəkətli çarpayılar və ortopedik döşəklərlə təchiz olunmuş 6 çarpayılıq reanimasiya otaqları yaradılıb.
Xəstəxananın Diaqnostika şöbəsində radioloji, laborator və funksional müayinələr aparılacaq. Texniki dəstək bölməsində isə qazanxana, camaşırxana, anbar və digər köməkçi sahələr fəaliyyət göstərəcək.
Qalereya
Oxşar xəbərlər
1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
Bakıda Zəfər muzeyinin açılışı olub
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Xətai rayonunda imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır"
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi
-
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
-
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...













