Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib
Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru - Həştərxan Vilayəti Hökumətinin sədri Denis Afanasyevin başçılıq etdiyi nümayəndə heyəti iyunun 25-də Fəxri xiyabanı ziyarət edib.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyəti əvvəlcə xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.
Həştərxan nümayəndə heyəti Fəxri xiyabanda Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin məzarını ziyarət edib, məzarı önünə tər güllər düzüb.
Qalereya
Oxşar xəbərlər
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Qalmaqal yaşayan azərbaycanlı məşhurlar qalada bir araya gəldi













