Bugün
MİDA-nın vəzifəli şəxsi vəfat edib MİDA-nın vəzifəli şəxsi vəfat edib
Lavrov: Ermənistan rəsmiləri onlara Avropa İttifaqına daha çox bel bağlamaq lazım olduğunu açıq deyirlər Lavrov: Ermənistan rəsmiləri onlara Avropa İttifaqına daha çox bel bağlamaq lazım olduğunu açıq deyirlər
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
“Türk Hava Yolları” 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib “Türk Hava Yolları” 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib
Ermənistan KTMT-də iştirakını dondurduğunu rəsmən açıqlayıb Ermənistan KTMT-də iştirakını dondurduğunu rəsmən açıqlayıb
Ermənistan parlamentinin spikeri: Rusiya bizi dəfələrlə aldadıb Ermənistan parlamentinin spikeri: Rusiya bizi dəfələrlə aldadıb
İran XİN: Üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğu regionun maraqlarına ziddir İran XİN: Üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğu regionun maraqlarına ziddir
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

19-08-2022, 20:00 615

Kəmaləddin Heydərov şimal bölgəsindəki yanğınlarla bağlı əməliyyat müşavirəsi keçirib - FOTO - VİDEO - YENİLƏNİB Kəmaləddin Heydərov şimal bölgəsindəki yanğınlarla bağlı əməliyyat müşavirəsi keçirib - FOTO - VİDEO - YENİLƏNİB Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə respublikanın şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olu

Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə respublikanın şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, müşavirədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və FHN-in aidiyyəti strukturlarının rəhbərləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Oqtay Kərimov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, adı çəkilən rayonlarda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən rayon prokurorları iştirak ediblər.

Müşavirədə hazırda respublikanın şimal bölgəsində yanğınlarla bağlı son vəziyyət və yanğınların tam söndürülməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.

Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsində olduğunu vurğulayaraq, yanğınların tam söndürülməsi üçün kifayət qədər potensialın mövcudluğunu diqqətə çatdırıb. O, Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınların nəzarətə götürüldüyünü, bəzi tüstülənmə ocaqlarının söndürülməsi və soyutma işlərinin davam etdirildiyini bildirib.

Nazir əlavə edib ki, yanğınların söndürülməsi əməliyyatlarına Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzinin qüvvələri və Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 2 ədəd helikopteri cəlb olunub. Bundan əlavə, yanğınlarla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin və yerli İcra hakimiyyətlərinin canlı qüvvə və texnikaları cəlb edilib. Həmçinin, yanğınların qarşısının alınması işlərində Daxili İşlər Nazirliyi və “Azərsu” ASC-nin əməkdaşları da yaxından iştirak edirlər.

Müşavirədə baş vermiş yanğınların tam söndürülməsi istiqamətində görülən işlər geniş müzakirə olunub, zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilib.

Sonra nazir Kəmaləddin Heydərov yanğın baş vermiş ərazilərə helikopterlə baxış keçirib.

***

18.47

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov meşə yanğınlarının bir neçə gündür davam etdiyi Şabran rayonunda müşavirə keçirib.

APA xəbər verir ki, yanğınlarla mübarizəyə həsr olunmuş müşavirədə şimal rayonlarının İcra hakimiyyətlərinin başçıları, aidiyyəti qurumların rəhbərləri iştirak edib.

Vəziyyət barədə nazirə məlumat verilib, hazırkı durum qiymətləndirilib.

Kəmaləddin Heydərov yanğınla mübarizə sahəsində müvafiq tapşırıqlar verib.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib

Region

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır

Region

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

Region

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər

Region

Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər

Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır

Region

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Region

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib

Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək

Futbol

"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək

"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək

Biznes

Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək

Azərbaycan BƏƏ-də "İnvestment Roadshow" tədbiri keçirəcək