Getmə..bir az daha qal

Getmə..bir az daha qal

24 165
4 sentyabr 22:05
Getmə..bir az daha qal



Getmə bir az daha qal..Getmək üçün doğru zaman deyil. Yoxluğunda səni yazmaq xoşbəxt etmir məni, inan, yazıb yazıb sildiyim onlarla cümlələr qədər etmə varlığını. Heç əzbərləyə bilmədim üz cizgilərini, biraz gözlə, biraz daha izləyim heç olmasa. Lənətə gəlsin ki, zaman tam da lazım olduğu anda sürətlə keçir, ehtiyac olduğunda dayanmır. Sən dayan heç olmasa. Götürmə əllərinin istisini əllərimdən, biraz daha qalsın... Bir də fikir vermə mənə, nə edəcəyimi bilmirəm. Bu şəhərin yağışlarında bir daha islanmamaq təlaşı var içimdə. Olmadığında o küçələrə "biz"i görmək üçün getmək düşüncəsi indidən narahat edir məni. Ən yaxşısı inandır məni bunlara bir gün öyrəşəcəm deyə. İnandır, doğrudan da, sən olmadan hər şey daha da pis olmayacaq, başqa kimsəni bu qədər önəmsəyə biləcəyimə inandır məni. Razıyam, amma sən ola biləcək birini göstər, sonra get.


Məlumat
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.