Argentina İordaniyaya qalib gəlib, Əlcəzair-Avstriya matçında heç-heçə qeydə alınıb
Futbol üzrə dünya çempionatında J qrupunun sonuncu – III turunun oyunları başa çatıb.
Far.Az xəbər verir ki, Argentina millisi İordaniya seçməsini böyük hesabla məğlub edib.
Dallas stadionunda keçirilən qarşılaşma Cənubi Amerika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün 80-ci dəqiqəsində Lionel Messi cərimə zərbəsindən vurduğu dəqiq qolla komandasının üstünlüyünü möhkəmləndirib.
Qrupun paralel keçirilən digər oyununda isə bol qollu heç-heçə qeydə alınıb. Kanzas stadionunda baş tutan Əlcəzair - Avstriya matçı 3:3 hesabı ilə başa çatıb.
Dünya çempionatının K qrupunda III turun oyunları başa çatıb. Kolumbiya ilə Portuqaliya arasında keçirilən görüş qolsuz bərabərliklə (0:0) yekunlaşıb. Bu nəticə ilə 7 xal toplayan Kolumbiya qrup lideri, 5 xalı olan Portuqaliya isə ikinci yeri tutaraq 1/16 finala yüksəlib.
Digər qarşılaşmada Konqo Demokratik Respublikası Özbəkistanı 3:1 hesabı ilə məğlub edib. Hesabı Eldor Şomurodov açsa da, Yoan Vissa (iki qol) və İbrahim Mayelenin qolları Afrika təmsilçisinə əzmkar qələbə qazandırıb.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
DÇ-2026: Messinin qol vurduğu matçda Argentina İordaniyanı məğlub edib - YENİLƏNİB-7
DÇ-2026: Messi dubl edib, Argentina Avstriya üzərində qələbə qazanıb - YENİLƏNİB-5
DÇ-2026: Lionel Messinin het-triki Argentinaya qələbə qazandırıb - YENİLƏNİB-6
DÇ-2026: Əlcəzair - Avstriya matçında məhsuldar heç-heçə qeydə alınıb - YENİLƏNİB-8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













