DÇ-2026: Messinin qol vurduğu matçda Argentina İordaniyanı məğlub edib - YENİLƏNİB-7
Futbol üzrə dünya çempionatının Argentina İordaniyaya qalib gəlib.
"Far.Az"un məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Argentinanın heyətində Covani Lo Çelso (18), Lautaro Martines (31) və Lionel Messi (80) fərqləniblər. İordaniyanın yeganə qolu isə Musa al-Tamarinin (55) aktivinə yazılıb.
Bu nəticənin ardından Argentina qrupunu 9 xalla lider kimi başa vurub. Xalı olmayan İordaniya isə mundialla vidalaşıb. Cənubi Amerika təmsilçisinin 1/16 final mərhələsindəki rəqibi Kabo-Verde olacaq.
Qeyd edək ki, bu matçla eyni vaxtda keçirilən Əlcəzair - Avstriya oyunu ilə birlikdə DÇ-2026-nın qrup mərhələsinin oyunlarına yekun vurulub.
Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda dördüncü qol vurulub.
"Far.Az"un məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 3:1.
80-ci dəqiqədə Lionel Messi cərimə zərbəsini dəqiq yerinə yetirib.
Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda üçüncü qol vurulub.
"Far.Az"un məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında İordaniya buraxılan qollardan birinin əvəzini çıxıb - 1:2.
55-ci dəqiqədə Musa al-Tamari fərqlənib.
Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda ikinci yarı start götürüb.
"Far.Az"un məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabda öndədir - 2:0.
Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.
Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda ilk yarı yekunlaşıb.
"Far.Az"un məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabda öndədir - 2:0.
Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.
Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda ikinci qol vurulub.
"Far.Az"un məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.
31-ci dəqiqədə Lautaro Martines penalti zərbəsini dəqiq yerinə yetirib.
Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyununda ilk qol vurulub.
"Far.Az"un məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabı açıb - 1:0.
19-cu dəqiqədə Covani Lo Çelso cərimə zərbəsini dəqiq yerinə yetirib.
Futbol üzrə dünya çempionatının İordaniya - Argentina oyunu başlayıb.
"Far.Az"un məlumatına görə, J qrupunun III turunun matçı Dallas stadionunda keçirilir.
Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.
Oxşar xəbərlər
Kabo Verde DÇ-2026-da ardıcıl ikinci xalını qazanıb
Kabo Verde DÇ-2026-da ardıcıl ikinci xalını qazanıb - YENİLƏNİB-7
DÇ-2026: Messi dubl edib, Argentina Avstriya üzərində qələbə qazanıb - YENİLƏNİB-5
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













