Kadir İnanırdan danışan Türkan Şoray: "Hər zaman qəlbimdə olacaq"
Far.Az xəbər saytı

Kadir İnanırdan danışan Türkan Şoray: "Hər zaman qəlbimdə olacaq"


"Bura sizinlə birlikdə olmaq üçün söz verəndə bu acı hadisə hələ olmamışdı. Türk kinosu üçün, dostları üçün, yoldaşları üçün, həmkarları üçün də çox böyük bir itkidir".

Far.Az xəbər verir ki, bu sözləri türk kinosunun sultanı Türkan Şoray qatıldığı tədbirdə deyib.

Həmkarı və filmlərdəki əsas tərəf müqabili Kadir İnanırı itirən sənətçi onun hər zaman qəlbində yaşayacağını vurğulayıb:

"Amma əminəm ki, sizlərin də qəlbində hər zaman olacaq. Mənim də hər zaman qəlbimdə qalacaq. Nurlar içində yatsın deyirəm".

Qeyd edəki ki, Kadir İnanırın səhhəti uzun müddət idi ki, pisləşmişdi.

Vəfatından əvvəl, aktyor sətəlcəm (pnevmoniya) səbəbilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağırlaşması səbəbindən süni tənəffüs aparatına qoşulan Kadir İnanır 77 yaşında vəfat edib.

Oxşar xəbərlər

Məşhur aktrisa Kadir İnanırın ona verdiyi pulu illərdir saxlayıb
Virusa yoluxan 97 yaşlı aktyor süni tənəffüs aparatına qoşuldu
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər