Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Far.Az xəbər saytı

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub


Rusiyalı musiqi prodüseri Elmir Məhərrəmov vəfat etməzdən qısa müddət əvvəl borclarla və alkoqol asılılığı ilə bağlı problemlər yaşayıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı şoumen Sergey Dvortsov "RİA Novosti"yə bildirib.

Onun sözlərinə görə, böyük məbləğdə borclarına görə bir çox insan Məhərrəmovu axtarırmış.

Şoumen iddia edib ki, prodüser müxtəlif şəxslərə ümumilikdə beş milyon rubl (103 420 manat - red.) borclu olub.

"Alkoqolla bağlı problemləri var idi. Son bir ildə çox qapalı insan olmuşdu, az adamla ünsiyyət qururdu", - deyə Dvortsov bildirib.

***19:14

Rusiyalı musiqi prodüseri Elmir Məhərrəmov 36 yaşında dünyasını dəyişib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, o, Moskvanın qərbində, Vasili Lanovoy küçəsində ölü tapılıb.

Hazırda Məhərrəmovun ölüm səbəbi məlum deyil. Prodüserin intihar etdiyi və ya bədbəxt hadisənin qurbanı olduğu ehtimal edilir.

Qeyd edək ki, Məhərrəmov 10 ildən artıq müddət ərzində şou-biznes sahəsində çalışıb. O, "360 dərəcə" formatında layihələrin idarə olunması üzrə ixtisaslaşıb. Müxtəlif illərdə "Self Made Music", "Archer Music" və "Out of Records" leybllərinə rəhbərlik edib.

Musiqi meneceri və konsert təşkilatçısı kimi Olqa Buzova, "Artik & Asti" ilə əməkdaşlıq edib. Leybl rəhbəri kimi isə Buzova, Dima Bilan, "Artik & Asti", T'Killah, "Alex & Rus", Dashi və digər ifaçılarla çalışıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
2025-ci ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər