Messi 2026-cı ildə də "Qızıl top"a əsas namizədlərdən biri ola bilər
Far.Az xəbər saytı

Messi 2026-cı ildə də "Qızıl top"a əsas namizədlərdən biri ola bilər


ABŞ-nin "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə "Qızıl top" mükafatına namizəd ola bilər.

Far.Az xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, futbolçunun hansı ölkənin və ya hansı liqanın klubunda çıxış etməsi namizədliyə mane olmur. Qaydalara əsasən, istənilən liqada çıxış edən oyunçu "Qızıl top"u qazana bilər.

Qeyd edək ki, dünya çempionatının qrup mərhələsindən sonra "The Athletic" portalının hazırladığı reytinqdə Lionel Messi mükafatın əsas favoritləri siyahısına başçılıq edir. Argentina millisinin kapitanı mundialda vurduğu 6 qolla bombardirlər siyahısında ilk pillədə qərarlaşıb və turnirin qol rekordunu yeniləyib.

Təşkilatçılar xatırladıblar ki, 2019-cu ildə qadın futbolu üzrə "Qızıl top" mükafatını ABŞ-nin "Sietl" klubunun futbolçusu Meqan Rapino qazanmışdı. Bu fakt mükafatın yalnız Avropa klublarında çıxış edən oyunçular üçün nəzərdə tutulmadığını göstərir.

Xatırladaq ki, 39 yaşlı Lionel Messi "Qızıl top"u tarixdə ən çox qazanan futbolçudur. O, bu nüfuzlu mükafata 8 dəfə layiq görülüb. Sonuncu dəfə isə 2023-cü ildə "İnter Mayami"nin futbolçusu kimi "Qızıl top"un sahibi olub.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı
İranın dronla vurduğu Naxçıvan aeroportunun içindən GÖRÜNTÜLƏR
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər