AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
Far.Az xəbər saytı

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir


"Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmuş 56 əməkdaşla görüş keçirib.

"Report" AZAL-a istinadən xəbər verir ki, 2025-ci ilin sentyabrında başlanmış proqram gələcək aviatexniklərin nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnməsini nəzərdə tutur. Təhsilin ilk iki ili Milli Aviasiya Akademiyasında (MAA) nəzəri hazırlığa, növbəti üç ili isə praktiki təlimə həsr olunub. B1 istiqaməti təyyarələrin konstruksiyası, mühərrikləri və mexaniki sistemlərinə, B2 istiqaməti isə elektrik, elektron, rabitə və naviqasiya sistemlərinə texniki xidmət üzrə ixtisaslaşmanı əhatə edir.

Görüş zamanı AZAL-ın İnsan Resursları İdarəsinin əməkdaşları və Texniki Xidmətin rəhbər heyəti iştirakçılara aviaşirkətin strateji prioritetləri, inkişaf perspektivləri və gələcək texniki mütəxəssislər qarşısında qoyulan peşəkar tələblər barədə məlumat veriblər. Həmçinin iştirakçıların gələcək karyera imkanları və aviasiya sahəsində peşəkar inkişafın əhəmiyyəti ətrafında müzakirələr aparılıb. Tədbir çərçivəsində təşkil olunan praktiki təlim isə korporativ dəyərlərin gündəlik iş prosesində tətbiqinə və hər bir əməkdaşın uçuş təhlükəsizliyi mədəniyyətinin formalaşmasında daşıdığı məsuliyyətə həsr olunub.

Proqram AZAL-ın texniki xidmət sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasına, daxili kadr potensialının inkişafına və aviasiya əməliyyatlarının dayanıqlılığını təmin edən peşəkar komandanın formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyasının bir hissəsidir.

AZAL-ın fəaliyyəti ilə bağlı ən son xəbərlərlə aviaşirkətin rəsmi internet səhifəsində və mobil tətbiqində tanış olmaq mümkündür.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər