Ronaldonun göz yaşları dünya mediasında: Tənqid, yoxsa vida?
Portuqaliya millisinin DÇ-2026 ilə vidalaşmasından sonra dünya mətbuatı əsas diqqəti Kriştiano Ronaldonun karyerasının növbəti mərhələsinə yönəldib.
BAKU.WS-in məlumatına görə, xarici nəşrlərin əksəriyyəti 41 yaşlı futbolçunu sərt tənqid etməkdənsə, onun milli komandadakı gələcəyini və Portuqaliya yığmasının perspektivlərini müzakirə edir.
Ronaldo turnirdən sonra verdiyi açıqlamada dünya çempionatındakı çıxışını başa vurduğunu, lakin milli komandadakı karyerasını bitirib-bitirməyəcəyi barədə hələ qərar vermədiyini bildirib. O, ailəsi ilə vaxt keçirdikdən sonra gələcəyi barədə düşünəcəyini deyib.
Portuqaliyanın "A Bola" nəşri Ronaldonun göz yaşlarını komandanın uğursuzluğunun simvolu kimi qiymətləndirərək onun dünya çempionatları tarixində silinməz iz buraxdığını vurğulayıb. Nəşr kapitanın emosional vida anlarını Portuqaliya futbolunun yadda qalan səhifələrindən biri kimi dəyərləndirib.
"Tribuna Expresso" isə komandanın turnirdə gözləntiləri doğrultmadığını yazaraq, Portuqaliya futbolunun bu uğursuzluqdan nəticə çıxarmalı olduğunu qeyd edib. Məqalədə Ronaldonun yaş amili və komandanın gələcək yenilənmə prosesi də müzakirə olunur.
"SOL" qəzeti uğursuzluğun əsas səbəblərindən biri kimi baş məşqçi Roberto Martinesin taktiki seçimlərini göstərib. Nəşrin fikrincə, mövcud oyunçu nəsli daha böyük uğurlar qazanmaq potensialına malik olsa da, bu imkan tam reallaşdırılmayıb.
Britaniyanın BBC-si isə daha sərt mövqe nümayiş etdirib. Keçmiş futbolçu Kris Satton Ronaldonun turnirdə komandasına gözlənilən töhfəni vermədiyini bildirib və baş məşqçinin futbolçuya həddindən artıq üstünlük tanıdığını iddia edib.
İspaniyanın "Marca" qəzeti Ronaldonun dünya çempionatındakı son oyununu emosional vida kimi xarakterizə edib. Nəşr yazır ki, dünya çempionu ola bilməsə də, Ronaldonun futbol tarixində qazandığı nailiyyətlər onun irsini dəyişmir və o, rekordları ilə yadda qalacaq.
İtaliyanın "La Gazzetta dello Sport" nəşri isə Ronaldonun milli komandada qalmasının hələ də mümkün olduğunu qeyd edib. Məqalədə Portuqaliyada bir çoxlarının onun ən azı AVRO-2028-in seçmə mərhələsinə qədər yığmada çıxışını davam etdirəcəyinə inandığı vurğulanır.
Qeyd edək ki, dünya mediasında formalaşan ümumi fikir ondan ibarətdir ki, Portuqaliyanın mundialla erkən vidası ciddi müzakirələr doğursa da, diqqət əsasən Ronaldonun karyerasının sonuna deyil, onun bundan sonra hansı qərarı verəcəyinə yönəlib.
Oxşar xəbərlər
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Kriştiano Ronaldonun keçmiş sevgilisinə çoxlu pul təklif ediblər - SƏBƏB...
Türkiyə mətbuatı Eldar Mansurovdan yazdı
Almaniyanın uğursuzluğunun səbəbi təkcə Naqelsman deyil: Problem daha dərindir
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













