Bakıda 10 nəfərin ölümü ilə bitən faciədə təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət etdilər
Far.Az xəbər saytı

Bakıda 10 nəfərin ölümü ilə bitən faciədə təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət etdilər


Bakıda 10 nəfərin ölümü və 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayış işi üzrə təqsirli bilinən şəxslərin məhkəmə qərarından verdikləri kassasiya şikayətinə baxılacaq.

Far.Az "Teleqraf"a istinadən xəbər verir ki, "Bakı Ağac Emalı" ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və şirkətdə inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin şikayətləri Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrlik etdiyi kollegiyada araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası iyulun 15-nə təyin olunub.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə isə onlara Amnistiya aktı şamil edilib və cəzaları 6 ay azaldılıb.

2024-cü il yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən "Bakı Ağac Emalı" ASC-nin ərazisindəki mebel emalatxanalarında yanğınla müşayiət olunan partlayış baş verib. İstintaqla müəyyən edilib ki, yanğın təhlükəsizliyi qaydalarına riayət etməli olan Tağı İbrahimov və Toğrul Rzayev bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin xəsarət almasına, habelə əmlaka və təbiətə külli miqdarda maddi ziyan vurulmasına səbəb olublar. Həmçinin, Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınması müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayevə isə 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib.

Qeyd edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər