Şəmkirdə ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb
Far.Az xəbər saytı

Şəmkirdə ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb


Şəmkirdə ağır avtomobil qəzası zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər noyabrın 7-də saat 22:40-da Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Xəsarət alan 2002 və 2006-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilməsi və sınıqları diaqnozu qoyulub.

Onların müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir. Hər iki şəxsin vəziyyəti stabil qiymətləndirilir.

2008-ci il təvəllüdlü şəxsə isə IV dərəcəli travmatik şok, kəllə-beyin travması, baş nahiyəsinin çoxsaylı xəsarətləri, alt çənə, bud və baldır sümüklərinin sınıqları diaqnozu qoyulub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Noyabrın 8-də saat 04:20-də ölüm faktı qeydə alınıb.

*** 09:50

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, Şəmkir rayon ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onlardan biri dünyasını dəyişib.

Digər zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Röya Ayxan "Baldır Yar"ı təqdim etdi
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub
"Baldır Yar" 1 milyon izlənildi - Röyadan yeni rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər