Nazirliyin qoyunlarını oğurladı: Azadlıqdan məhrum edildi
Zaqatalada dövlətə məxsus xırdabuynuzlu heyvanları oğurlayan şəxsə hökm oxunub.
Far.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəmənin müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxs 2025-ci ilin iyun ayında Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən yaşayış evinə bitişik tövləyə qanunsuz daxil olaraq ümumilikdə 27 baş xırdabuynuzlu heyvan oğurlayıb. Oğurlanan heyvanlardan 20 başı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinə (DMA), 7 başı isə ev sahibinə məxsus olub.
Nəticədə ƏƏSMN-in tabeliyində fəaliyyət göstərən DMA-ya 6 631.6 manat, heyvanların saxlandığı evin sahibinə isə 1 000 manat maddi ziyan dəyib.
İş materiallarına əsasən, təqsirləndirilən şəxs hadisədən bir gün əvvəl çay kənarında işləyərkən tövlədəki heyvanları görüb və pula ehtiyacı olduğu üçün onları oğurlamaq qərarına gəlib. Gecə saatlarında qapısında qıfıl olmayan tövləyə daxil olaraq heyvanları çıxarıb, çay yatağı ilə başqa bir bağa aparıb.
Onun ifadəsinə görə, daha sonra tanışına zəng edib həmin yerə gəlməsini istəyib. Tanışına heyvanları oğurladığını və pula ehtiyacı olduğunu dedikdən sonra həmin şəxs 5 baş heyvanı alacağını bildirib. Təqsirləndirilən şəxs qalan 22 baş heyvanı bağda saxlayaraq evinə gedib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ev sahibinə dəymiş 1000 manat maddi ziyanı ödədiyini, əməlindən peşman olduğunu və ilk dəfə məhkum edildiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş edib.
Zərərçəkmiş ev sahibi isə oğurluğun bir nəfər tərəfindən törədilməsinin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, bu sayda heyvanın gecə saatlarında tövlədən çıxarılması və başqa yerə aparılması üçün ən azı bir neçə nəfərin iştirakı lazım olub. O, təqsirləndirilən şəxsin tanışının da məsuliyyətə cəlb edilməli olduğunu deyib.
DMA-nın nümayəndəsi isə məhkəmədə dövlətə vurulan ziyanın ödənilmədiyini bildirərək oğurlanmış dövlət əmlakının geri qaytarılmasını tələb edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Onun həbsdə və ev dustaqlığında olduğu 4 ay 17 gün müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb













