Qurban Qurbanov futbolçusunun "Seltik"ə transferinə münasibət bildirib
"Kamilo Duran "Seltik"də tibbi müayinədən keçib".
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Vestri" ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, hazırda müqavilə ilə bağlı bəzi prosedurlar davam edir:
"Bu proseslər tamamlandıqdan sonra o, komandadan ayrılacaq. Kamilo bizim ən yaxşı oyunçularımızdan biri idi. Avrokuboklarda özünü həmişə yaxşı tərəfdən göstərirdi. Belə bir futbolçunun getməsi bizim üçün itkidir. Ancaq gələcəyə yönəlik qazancımız da var. Azərbaycana, xüsusilə "Qarabağ"a gələn oyunçuların bir çoxu sonradan xaricə transfer olunub. Bu, futbolumuza və klubumuza olan diqqəti artırıb. İstərdim ki, heyətimdə Duran kimi oyunçum olsun".
Xatırladaq ki, "Qarabağ" - "Vestri" matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













