10 rayonda torpaqlar satışa çıxarılır - Ən ucuz və bahalı sahələr açıqlandı
Far.Az xəbər saytı

10 rayonda torpaqlar satışa çıxarılır - Ən ucuz və bahalı sahələr açıqlandı


Azərbaycanda müxtəlif rayon və şəhərlərdə yerləşən 25 torpaq sahəsi satışa və uzunmüddətli icarəyə çıxarılır. Torpaq sahələrinin bir qismi fərdi yaşayış evlərinin tikintisi və sahibkarlıq, digərləri isə kənd təsərrüfatı və heyvandarlıq fəaliyyəti üçün nəzərdə tutulub.

BAKU.WS-in məlumatına görə, torpaq müsabiqə və hərracları 25 noyabrda keçiriləcək.

Məlumata əsasən, hərraca çıxarılan torpaq sahələri Gəncə, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Füzuli, İmişli, Cəlilabad və Şəki rayonlarını əhatə edir.

Təklif olunan torpaqlar arasında fərdi yaşayış evi tikmək istəyənlər üçün müxtəlif sahələr var. Belə ki, Qusar rayonunun Suvacal kəndində hər birinin sahəsi 1000 kvadratmetr olan iki torpaq sahəsi 9930 manatdan satışa çıxarılıb. Şəxsi yaşayış evi tikintisi üçün nəzərdə tutulan bu sahələrin hər biri üzrə hərrac addımı 497 manatdır.

Qusar rayonunun Əcəxüroba kəndində 1200 kvadratmetrlik torpaq sahəsinin ilkin satış qiyməti 8640 manat müəyyən edilib. Xaçmaz rayonunun Niyazoba kəndində isə 834 kvadratmetrlik sahə 12 510 manata təklif olunur.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də torpaq sahələri nəzərdə tutulub. Gəncə şəhərinin Kəpəz Bələdiyyəsinə məxsus 52 kvadratmetrlik torpaq sahəsi 4700 manata, Sabirabad rayonunun Nizami kəndində yerləşən hər biri 70 kvadratmetr olan iki torpaq sahəsi isə ayrı-ayrılıqda 3266 manata satışa çıxarılıb.

İcarəyə veriləcək torpaqların bir qismi kənd təsərrüfatı məhsullarının istehsalı, digərləri isə heyvandarlıq və arıçılıq üçün nəzərdə tutulub. İcarə müddəti əsasən 15 il müəyyən edilib.

Qeyd edək ki, hərrac və müsabiqələr Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi şöbələrində keçiriləcək. Ətraflı məlumat almaq istəyənlər aidiyyəti bələdiyyələrə və müvafiq ərazi şöbələrinə müraciət edə bilərlər.

Bələdiyyə Tanışlıq üçün son tarix və ünvan Torpaq sahəsi və hüququ İlkin qiymət / hərrac addımı (AZN) Təyinatı Kateqoriya və torpağın növü
Gəncə şəhəri Kəpəz Bələdiyyəsi 24 noyabradək – Gəncə ərazi şöbəsi 52 kv.m, satılır 4 700 / 235 Sahibkarlıq Yaşayış məntəqələrinin torpaqları
Sabirabad rayonu Ulacalı Bələdiyyəsi (Ulacalı kəndi) 24 noyabradək – Şirvan ərazi şöbəsi 3,12 ha, icarə (15 il) 687 / 69 Kənd təsərrüfatı məhsullarının istehsalı Ehtiyat fondu, II qrup, bonitet 72, əkin
Sabirabad rayonu Ulacalı Bələdiyyəsi (Bulduq kəndi) 24 noyabradək – Şirvan ərazi şöbəsi 3,88 ha, icarə (15 il) 854 / 85 Kənd təsərrüfatı məhsullarının istehsalı Kənd təsərrüfatı təyinatlı, II qrup, bonitet 72, əkin
Sabirabad rayonu Nizami Bələdiyyəsi (Nizami kəndi) 24 noyabradək – Şirvan ərazi şöbəsi 70 kv.m, satılır 3 266 / 327 Sahibkarlıq Yaşayış məntəqələrinin torpaqları
Sabirabad rayonu Nizami Bələdiyyəsi (Nizami kəndi) 24 noyabradək – Şirvan ərazi şöbəsi 70 kv.m, satılır 3 266 / 327 Sahibkarlıq Yaşayış məntəqələrinin torpaqları
Sabirabad rayonu Nizami Bələdiyyəsi (Rüstəmli kəndi) 24 noyabradək – Şirvan ərazi şöbəsi 4,5 ha, icarə (15 il) 743 / 74 Heyvandarlıq Kənd təsərrüfatı təyinatlı, III qrup, bonitet 44, örüş
Quba rayonu Quba Bələdiyyəsi (Quba şəhəri) 24 noyabradək – Xaçmaz ərazi şöbəsi 5 000 kv.m, icarə (15 il) 3 000 Çoxmənzilli yaşayış binasının tikintisi Yaşayış məntəqələrinin torpaqları
Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Sumağaqazma kəndi) 24 noyabradək – Xaçmaz ərazi şöbəsi 2 ha, icarə (15 il) 202 / 20 Heyvandarlıq Kənd təsərrüfatı təyinatlı, III qrup, bonitet 44, örüş
Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Mumlu kəndi) 24 noyabradək – Xaçmaz ərazi şöbəsi 5 ha, icarə (15 il) 505 / 51 Heyvandarlıq Kənd təsərrüfatı təyinatlı, III qrup, bonitet 51, örüş
Qusar rayonu Urva Bələdiyyəsi (Suvacal kəndi) 24 noyabradək – Xaçmaz ərazi şöbəsi 1 000 kv.m, satılır 9 930 / 497 Fərdi yaşayış evi Yaşayış məntəqələrinin torpaqları
Qusar rayonu Urva Bələdiyyəsi (Suvacal kəndi) 24 noyabradək – Xaçmaz ərazi şöbəsi 1 000 kv.m, satılır 9 930 / 497 Fərdi yaşayış evi Yaşayış məntəqələrinin torpaqları
Qusar rayonu Urva Bələdiyyəsi (Zindanmuruq kəndi) 24 noyabradək – Xaçmaz ərazi şöbəsi 4 000 kv.m, icarə (15 il) 60 / 20 Arıçılıq Kənd təsərrüfatı təyinatlı, III qrup, örüş
Qusar rayonu Düztahir Bələdiyyəsi (Əcəxüroba kəndi) 24 noyabradək – Xaçmaz ərazi şöbəsi 1 200 kv.m, satılır 8 640 / 432 Fərdi yaşayış evi Yaşayış məntəqələrinin torpaqları
Qusar rayonu Düztahir Bələdiyyəsi (Əcəxür kəndi) 24 noyabradək – Xaçmaz ərazi şöbəsi 4 ha, icarə (15 il) 448 / 48 Heyvandarlıq Kənd təsərrüfatı təyinatlı, IV qrup, bonitet 35, örüş
Qusar rayonu Düztahir Bələdiyyəsi (Əcəxür kəndi) 24 noyabradək – Xaçmaz ərazi şöbəsi 6 ha, icarə (15 il) 672 / 67 Heyvandarlıq Ehtiyat fondu, III qrup, bonitet 54, biçənək
Xaçmaz rayonu Hülövlü Bələdiyyəsi (Qaradağ Buduq kəndi) 24 noyabradək – Xaçmaz ərazi şöbəsi 9 200 kv.m, icarə (15 il) 276 / 28 Kənd təsərrüfatı məhsullarının istehsalı Kənd təsərrüfatı təyinatlı, II qrup, bonitet 64, əkin
Xaçmaz rayonu Yergüç Bələdiyyəsi (Padar kəndi) 24 noyabradək – Xaçmaz ərazi şöbəsi 2 800 kv.m, icarə (15 il) 196 / 20 Kənd təsərrüfatı məhsullarının istehsalı Kənd təsərrüfatı təyinatlı, I qrup, əkin
Xaçmaz rayonu Qaraqurdlu Bələdiyyəsi (Qaraçı kəndi) 24 noyabradək – Xaçmaz ərazi şöbəsi 1 ha, icarə (15 il) 200 / 20 Kənd təsərrüfatı məhsullarının istehsalı Kənd təsərrüfatı təyinatlı, II qrup, bonitet 77, əkin
Xaçmaz rayonu Qaraqurdlu Bələdiyyəsi (Qaraçı kəndi) 24 noyabradək – Xaçmaz ərazi şöbəsi 6 ha, icarə (15 il) 1 200 / 120 Kənd təsərrüfatı məhsullarının istehsalı Kənd təsərrüfatı təyinatlı, II qrup, bonitet 77, əkin
Xaçmaz rayonu Qaraqurdlu Bələdiyyəsi (Niyazoba kəndi) 24 noyabradək – Xaçmaz ərazi şöbəsi 834 kv.m, satılır 12 510 / 626 Fərdi yaşayış evi Yaşayış məntəqələrinin torpaqları
Füzuli rayonu Əhmədbəyli Bələdiyyəsi (Qarabağ kəndi) 24 noyabradək – Beyləqan ərazi şöbəsi 600 kv.m, satılır 3 030 / 303 Fərdi yaşayış evi Yaşayış məntəqələrinin torpaqları
İmişli rayonu Cəfərli Bələdiyyəsi (Əlqulular kəndi) 24 noyabradək – Beyləqan ərazi şöbəsi 2,5 ha, icarə (15 il) 362,50 / 36,25 Heyvandarlıq Kənd təsərrüfatı təyinatlı, IV qrup, bonitet 40, örüş
Cəlilabad rayonu Komanlı Bələdiyyəsi (Komanlı kəndi) 24 noyabradək – Cəlilabad ərazi şöbəsi 10 ha, icarə (15 il) 1 680 / 168 Heyvandarlıq Kənd təsərrüfatı təyinatlı, III qrup, bonitet 48, örüş
Cəlilabad rayonu Uzuntəpə Bələdiyyəsi (Uzuntəpə kəndi) 24 noyabradək – Cəlilabad ərazi şöbəsi 1 200 kv.m, satılır 9 108 / 910,80 Fərdi yaşayış evi Yaşayış məntəqələrinin torpaqları
Şəki rayonu Cəyirli Bələdiyyəsi (Bolludərə kəndi) 24 noyabradək – Şəki ərazi şöbəsi 16 ha, icarə (15 il) 1 600 / 80 Heyvandarlıq Kənd təsərrüfatı təyinatlı, III qrup, bonitet 48, örüş

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər