Yasamal rayonunda başlayan güclü yanğın söndürülüb
Far.Az xəbər saytı

Yasamal rayonunda başlayan güclü yanğın söndürülüb


Bakının Yasamal rayonunda başlayan güclü yanğın söndürülüb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***22:28

Bakının Yasamal rayonunda güclü yanğın başlayıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, yanğın ərazisinə polis qüvvələri də cəlb edilib və ətrafda təhlükəsizlik gücləndirilib.

Oxşar xəbərlər

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər