Yol vergisindən daxilolmalar azalacaq
Far.Az xəbər saytı

Yol vergisindən daxilolmalar azalacaq


Azərbaycanda 2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə yol vergisindən dövlət büdcəsinə daxilolmaların azalacağı proqnozlaşdırılır.

Far.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, 2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə yol vergisi üzrə büdcəyə 307 milyon manat daxilolma nəzərdə tutulur.

Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 27.4 milyon manat və ya 8.2 faiz azdır.

Bununla belə, 2027-ci il üçün proqnozlaşdırılan məbləğ 2025-ci ilin faktiki göstəricisindən 218.8 milyon manat və ya 3.5 dəfə çoxdur.

Sənəddə 2025-ci illə müqayisədə qeydə alınan kəskin artımın səbəbi kimi qanunvericiliyə edilən struktur xarakterli dəyişikliklər göstərilir.

Belə ki, yol vergisinin dərəcəsi artırılıb, ölkə daxilində istehsal olunaraq daxili istehlaka yönəldilən və idxal edilən neft məhsullarına tətbiq olunan icbari tibbi sığorta haqqı ləğv edilərək həmin daxilolmalar yol vergisinin tərkibinə daxil olunub.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər