"Zirə" – "Torpedo" matçı Azərbaycan futbolu tarixində iki yubileylə əlamətdar olub
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Zirə" – "Torpedo" (Kutaisi, Gürcüstan) matçı Azərbaycan futbolu tarixində iki yubileylə əlamətdar olub.
BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıtda baş tutan oyun Azərbaycan klublarının qitəmiqyaslı klub turnirlərində keçirdiyi ümumilikdə 500-cü qarşılaşma kimi tarixə düşüb.
Təmsilçilərimiz UEFA Çempionlar Liqasında 120, UEFA Avropa Liqasında (əvvəl UEFA Kuboku) 283, UEFA Konfrans Liqasında 63, Kuboklar Kubokunda 8, İntertoto Kubokunda 26 görüşə çıxıb. Bu qarşılaşmalardan ikisi nəticəsi ləğv olunduğu, biri baş tutmadığı üçün texniki nəticə ilə yekunlaşıb. Həmin texniki nəticələri nəzərə almaqla 159 qələbə qazanan klublarımız 112 heç-heçə edib və 229 dəfə uduzub.
Qitə kuboklarında debüt 1994/1995 mövsümündə gerçəkləşib. 1994-cü il avqustun 9-da "Turan" Türkiyədə "Fənərbağça"ya 0:5 hesabı ilə uduzub.
"Zirə"nin futbolçusu Ruan Renatonun "Torpedo" ilə görüşdə vurduğu ilk top Azərbaycan klublarının avrokuboklarda 550-ci qolu olub. Texniki nəticələrin nəzərə alınmadığı top fərqi 552-759-dur.
Azərbaycan komandalarının ilk qolu 1995/1996 mövsümündə qeydə alınıb. UEFA kubokunun 1995-ci il avqustun 22-də keçirilən "Austriya" (Vyana, Avstriya) – "Kəpəz" görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.
Qeyd edək ki, "Zirə" Gürcüstan təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda hesab açılıb - YENİLƏNİR
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib













