Bu ilin ilk 6 ayında bağlı qalmış 218 cinayət işi açılıb
Far.Az xəbər saytı

Bu ilin ilk 6 ayında bağlı qalmış 218 cinayət işi açılıb


Bu ilin ilk 6 ayı ərzində keçmiş illərdən bağlı qalmış 218 cinayət işi açılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 6 ayın yekunlarına həsr olunan kollegiya iclasında bildirilib.

Qyed eidlib ki, cinayətlərin açılması 1,1 %, qeyri-aşkar şəraitdə törədilənlərin açılması 2,5 %, mülkiyyət əleyhinə olanların açılması 4,4 %, onlardan oğurluqların açılması 10,7 %, dələduzluqların açılması 1,2 % yaxşılaşıb, adam oğurluğu və avtonəqliyyat vasitəsinin qaçırılması cinayətlərinin açılması tam təmin edilib.

Eyni zamanda diqqətə çatdırılıb ki, həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 93,9 %-i, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 218 və görülmüş operativ cavab tədbirləri ilə 3 013 cinayət açılıb, eləcə də 4 474 hüquqazidd əməlin qarşısı alınıb.

Müxtəlif cinayətlər törətmiş 6 887 şəxs məhkəmə məsuliyyətinə verilib. İstintaqdan və təhqiqat orqanlarından yayınan 4 282, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 645 təqsirləndirilən şəxs tutulub.

Axtarış işinin nəticələri 3 % yaxşılaşaraq 82,7 %-ə yüksəlib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər