Azərbaycan gimnastları Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
Azərbaycan idmançıları Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABIS CUP beynəlxalq turnirini 12 medalla başa vurublar.
"Report" Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkəmizi 13 idmançı təmsil edib.
Batut gimnastikasında böyüklər arasında Maqsud Mahsudov 60.240 xalla bütün rəqiblərini qabaqlayaraq birinci olub. Selcan Mahsudova 57.190 xalla qızıl medalın sahibi olub. Hüseyn Abbasov isə 57.730 xalla bürünc medal əldə edib. 13–14 yaş kateqoriyasında Muhamməd Həsənli 49.350 xalla ikinci yeri tutub. 15–16 yaş kateqoriyasında Ammar Baxşalıyev 54.540 xal toplayaraq qızıl medala layiq görülüb. Eyni yaş kateqoriyasında Fərhad Mustafayev 51.470 xalla gümüş medal qazanıb.
İkili-mini batut yarışlarında Ammar Baxşalıyev 23.900 xalla fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Tamblinq üzrə böyüklər arasında Bilal Qurbanov, Aleksey Karataşov və Hüseyn Əsədullayevdən ibarət Azərbaycan yığması 148.100 xalla komanda hesabında birinci olub. Fərdi proqramda Bilal Qurbanov 46.200 xalla gümüş medal əldə edib. 13–14 yaş kateqoriyasında Sənan Rzazadə 22.600 xalla qızıl medal qazanıb. 15–16 yaş kateqoriyasında İlham Məsimov 84.400 xalla birinci, Riad Cavadov isə 83.900 xalla ikinci yeri tutub.
Oxşar xəbərlər
Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 17 medalla başa vurublar
Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 16 medalla başa vurublar
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan gimnastları batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk günündə uğurlu çıxış ediblər
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Emin Ağalarovdan Kerem Bürsinə hədiyyə
-
Qobustanda ağır qəza: Ölən var
-
Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
-
Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb
-
Balakəndə sel: 400-dən çox ev su altında qaldı
-
Ferran Torres "Barselona"nı PSJ-yə dəyişməyə RAZILIQ VERDİ













