Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Far.Az xəbər saytı

Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib


Noyabrın 1-də, bazar günü axşam saatlarında Ukrayna sakinlərinə "Hava həyəcanı" tətbiqi vasitəsilə guya nüvə təhlükəsi və ya küçə döyüşləri barədə bildirişlər göndərilib.

"Far.Az" "UNİAN"a istinadən xəbər verir ki, sonradan Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram kanalında belə bir təhlükənin olmadığı bildirilib və tətbiqin sındırıldığı ehtimalı irəli sürülüb.

"Hava həyəcanı" tətbiqinin düşmən müdaxiləsinə məruz qaldığı ehtimal olunur. Radiasiya ilə çirklənmə təhlükəsi yoxdur!" - deyə hərbçilər qeyd ediblər.

Onlar əhalini sakitliyi qorumağa və hava hücumları ilə bağlı xəbərdarlıqları Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram kanalı vasitəsilə izləməyə çağırıblar.

Tətbiqin mətbuat xidməti də insidentin baş verdiyini təsdiqləyib. Bildirilib ki, üçüncü şəxslər tərəfindən tətbiqin işinə "icazəsiz müdaxilə" edilib. Bu səbəbdən resursun fəaliyyəti dayandırılıb və push-bildirişlər deaktiv edilib.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Bakıda avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər