İsrail idmançısı iki il müddətinə diskvalifikasiya edilib
Far.Az xəbər saytı

İsrail idmançısı iki il müddətinə diskvalifikasiya edilib


Beynəlxalq Dopinq Test Agentliyi İsrail ağır atleti Stanislav Maznitsını 2 il müddətinə diskvalifikasiya edib.

"Far.Az"un "Israel Hayom"a istinadən məlumatına görə, agentlik bu addımı Moskva antidopinq laboratoriyasının məlumat bazasına əsasən atıb.

İdmançının kənarlaşdırılmasına səbəb olan dopinq testi 2014-cü il noyabrın 15-də Rusiya çempionatı zamanı götürülüb. Diskvalifikasiya qərarı bu il oktyabrın 8-dən etibarən qüvvəyə minib.

İsraili Ağır Atletika Federasiyası idmançının yarışlardan uzaqlaşdırılmasına etiraz etmək niyyətindədir.

Qeyd edək ki, 2022-ci ildən İsrail bayrağı altında çıxış edən 28 yaşlı rusiyalı idmançı 2017-ci ildə Rusiya Kubokunun qalibi, 2019-cu ildə gənclər arasında Avropa çempionatının bürünc mükafatçısı olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyevanın doğum günüdür
Rusiyalı atlet antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər