Toy üçün qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - YENİ QİYMƏTLƏR
Far.Az xəbər saytı

Toy üçün qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - YENİ QİYMƏTLƏR


Azərbaycanda qızıl bazarında müxtəlif əyarlı zinət əşyalarının alış və satış qiymətləri fərqlənir. Hazırda vətəndaşlar qızıllarını zərgərlərə qramı təxminən 126 manata sata bilirlər.

BAKU.WS-in məlumatına görə, paytaxtda fəaliyyət göstərən zərgər Aqil İsmayılov bazardakı qiymətlərlə bağlı açıqlama verib.

Onun sözlərinə görə, bazarda ən çox Türkiyə istehsalı olan 585 əyarlı qızıllara üstünlük verilir. Vətəndaşların satışa təqdim etdiyi zinət əşyaları arasında da bu növ məhsullar daha çoxdur.

Zərgər bildirib ki, hazırda 585 əyarlı Türkiyə qızılının satış qiyməti qramı 165-167 manatdır. 750 əyarlı İtaliya qızılının qiyməti 220-240 manat, 918 əyarlı ərəb qızılının qiyməti isə 260-270 manat arasında dəyişir.

Orxan Hüseyn

Oxşar xəbərlər

Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Cəbrayılda işləmək istəyənlərin NƏZƏRİNƏ! 100-ə yaxın VAKANSİYA
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər