Şuşadan dünyaya ünvanlanan mesajlar Azərbaycanın güclü mövqeyini ortaya qoyur - RƏY
IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi mühüm mesajlar Azərbaycanın qlobal gündəliyə töhfə verən güclü dövlət olduğunu bir daha təsdiqlədi.
Bunu "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
"Dövlət başçısının çıxışında bildirdi ki Azərbaycan regional proseslərin iştirakçısı olmaqla kifayətlənmir, eyni zamanda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı, etibarlı tərəfdaşı və qlobal dialoqun fəal iştirakçısı kimi çıxış edir", deputat qeyd edib.
Fatma Yıldırım vurğulayıb ki, bu gün Şuşanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi xüsusi siyasi və mənəvi məna daşıyır:
Forum zamanı səsləndirilən fikirlər Azərbaycanın xarici siyasət kursunun dəyişməz prinsiplərini bir daha ortaya qoydu. Müstəqil siyasət, milli maraqların qətiyyətlə müdafiəsi, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq, regional sülhün təşviqi və beynəlxalq hüquqa sadiqlik ölkəmizin beynəlxalq nüfuzunu ildən-ilə daha da möhkəmləndirir. Məhz bu prinsipial mövqe nəticəsində Azərbaycan bu gün etibarlı tərəfdaş kimi qəbul olunur və sözünə etibar edilən dövlətlər sırasında xüsusi yer tutur".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, informasiya təhlükəsizliyi müasir dövrün ən mühüm çağırışlarından biridir:
"Dezinformasiyanın sürətlə yayıldığı bir şəraitdə peşəkar, məsuliyyətli və obyektiv media cəmiyyətlərin sağlam inkişafı üçün strateji əhəmiyyət daşıyır. Həqiqətə söykənən jurnalistika yalnız informasiya vermir, eyni zamanda beynəlxalq etimadın formalaşmasına, sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.
Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Bu gün azad olunmuş torpaqlarımızda həyata keçirilən layihələr postmünaqişə dövrünün ən uğurlu inkişaf modelini ortaya qoyur. Müasir şəhərlər, yeni yaşayış məntəqələri, bərpa olunan tarixi irs və Böyük Qayıdış proqramı Azərbaycanın güclü iqtisadi potensialının və strateji idarəetmə modelinin real nəticələridir".
Fatma Yıldırım əlavə edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, humanitar təşəbbüsləri, inkişaf etməkdə olan ölkələrlə, o cümlədən Afrika dövlətləri ilə genişlənən əməkdaşlığı ölkəmizin beynəlxalq həmrəyliyə verdiyi töhfənin parlaq göstəricisidir:
"Bu siyasətin mərkəzində qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq və ortaq inkişaf prinsipləri dayanır. Şuşadan dünyaya verilən mesajlar aydındır: Azərbaycan sülhü, dialoqu, əməkdaşlığı və beynəlxalq hüququ müdafiə edən güclü dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət ölkəmizin qlobal nüfuzunu daha da artırır, Azərbaycanın söz sahibi olan dövlət kimi mövqeyini möhkəmləndirir və yeni beynəlxalq əməkdaşlıq imkanları yaradır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
-
Omanda zədələnən GFS Galaxy gəmisinin dənizçiləri xilas edilib
-
Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi
-
Vətəndaşa 26 min manat qaz borcu yazıldı: Məhkəmə qərarı icra olunmur
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir













