İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Almaniya Prezidentinə və Federal Kanslerinə çatdırmağı xahiş etdi.
Söhbət zamanı bu ilin iyulunda dövlətimizin başçısının Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan səmərəli müzakirələr məmnunluqla xatırlandı. Həmin səfər zamanı imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə", həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində roluna toxunuldu.
Görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, siyasi, iqtisadi, sərmayələr, biznes, ənənəvi və alternativ enerji, bağlantılar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulandı, bu ildən başlayaraq Azərbaycan qazının Almaniyaya ixracı qeyd olundu.
Söhbət zamanı ölkəmizin Orta Dəhlizdə önəmli roluna toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib













