Fərid Zeynalov: Rəqəmsal platformalardakı dezinformasiya ictimai rəyi çaşdıra bilər
Rəqəmsal platformalar üzərində yayılan dezinformasiyalar ictimai rəyi çaşdıra bilər.
"Report" xəbər verir ki, bunu Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə heyətinin sədri Fərid Zeynalov IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Rəqəmsal platformalar və informasiya təhlükəsizliyi: mövcud çağırışlar və əsas həll yolları" mövzusunda yan tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu da özlüyündə risklər yarada bilər:
"Bu texnologiyaların inkişafı ilə bağlı yeni çağırışlar mövcuddur. İndiki dövrdə artıq informasiya təhlükəsizliyi yalnız texniki məsələ deyil, eyni zamanda dövlətlərin milli təhlükəsizlik komponenti, ictimai sabitliyin, ictimai inkişafın ayrılmaz hissəsinə çevrilib. Uşaqlar, yeniyetmələr sosial şəbəkələrdə təhlükələrlə ülzəşə bilər. Nəzarətsiz istifadə hallarında istifadə halları rəqəmsal platformalardan asılılıq yarada bilər. Problemin həlli tək dövlətin yox, ailə, təhsil müəssisələri, cəmiyyətin məsuliyyətidir".
O məlumat verib ki, bu gün dünyada olduğu kimi Azərbaycanda da uşaqların sosial şəbəkələrdə təhlükələrdən qorunması üçün tədbirlər görülür:
"Azərbaycanda uşaqların sosial şəbəkədən istifadəsinə məhdudiyyət tətbiq olunması ilə bağlı qanun layihəsi cəmiyyət üçün də prioritet təşkil edir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
-
Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
-
Vətəndaşa 26 min manat qaz borcu yazıldı: Məhkəmə qərarı icra olunmur
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir













