Lənkəranda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icra vəziyyəti yoxlanılıb
Lənkəranda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülən işlərə yerində baxış keçirilib.
"Far.Az"un cənub bürosunun məlumatına görə, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev və digər rəsmilər kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə tanış olmaq məqsədilə rayonun iri fermer təsərrüfatlarına cari ildə növbəti dəfə baş çəkiblər.
Keçirilən baxış çərçivəsində rayonun ənənəvi təsərrüfat sahələri olan çəltikçilik, çayçılıq, sitrusçuluq və heyvandarlıq üzrə ixtisaslaşmış müəssisələrin, eləcə də aqrar məhsulların emalı zavodlarının mövcud vəziyyəti ətraflı təhlil edilib. Son illərdə Lənkəranda çay plantasiyalarının və sitrus bağlarının sahəsi əhəmiyyətli dərəcədə genişləndirilib, yerli istehsal olan çəltik növlərinin məhsuldarlığının artırılması üçün mütərəqqi suvarma sistemləri tətbiq olunmağa başlayıb.
Bu sahələrin paralel və səmərəli inkişafı rayonda həm yeni iş yerlərinin açılmasına, həm də Lənkəranın aqrar brendlərinin ölkə hüdudlarından kənarda daha geniş tanıdılmasına təkan verir.
Görüş zamanı rayonda kənd təsərrüfatı ilə məşğul olan sahibkar və fermerlərin qarşılaşdıqları qayğılar dinlənilib, qaldırılan məsələlərin operativ şəkildə həlli və fermerlərə lazımi dəstəyin göstərilməsi istiqamətində müvafiq addımların atılacağı diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ucarda "Aqrar Biznes" və "I Çəltik" festivalı keçirilib - Yenilənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













