Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının loqosu təsdiqlənib
Far.Az xəbər saytı

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının loqosu təsdiqlənib


27 iyul – 2 avqust aralığında Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə U-17 dünya çempionatının rəsmi loqosu təsdiqlənib.

Bu barədə "Far.Az"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Loqo yarışın idman ruhunu, beynəlxalq xarakterini və Azərbaycanın zəngin mədəni irsini özündə birləşdirən vizual konsepsiya əsasında hazırlanıb.

Loqonun mərkəzində yerləşən stilizə olunmuş iki güləşçi fiquru mübarizəni, rəqabəti və idmanın universal dilini ifadə edir. Dinamik kompozisiya güləşin əsas fəlsəfəsini – güc, əzm və ədalətli mübarizə prinsiplərini əks etdirir.

Loqoda üstünlük təşkil edən göy rəng Dünya Güləş Birliyinin (UWW) korporativ vizual üslubunun əsas elementlərindən biridir. UWW mundiallarda brendinqində göy və ağ rəng palitrasından geniş istifadə edir ki, bu da yarışın vizual kimliyini vurğulayır.

Loqonun xarici halqasında istifadə olunan ornamentlər Qarabağ xalçaçılıq ənənələrindən ilhamlanaraq hazırlanıb. Milli naxışlar Azərbaycanın zəngin mədəni irsini, Qarabağın qədim xalçaçılıq məktəbini və milli sənətin dünya idman səhnəsində tanıdılmasını simvolizə edir. Bununla yanaşı, loqo vasitəsilə beynəlxalq idman tədbirinin Azərbaycanın milli-mədəni dəyərləri ilə vəhdəti nümayiş etdirilir.

Cari ilin ilk güləş mundialında müxtəlif ölkələrdən yüzlərlə perspektivli yeniyetmə idmançı mübarizə aparacaq.

Oxşar xəbərlər

"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Gözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər