Yusif Vəliyev: Bu gün Azərbaycanın ən irimiqyaslı layihəsi olan YayFest 2026-ya start verilir
Bu gün Azərbaycanın həm iştirakçı sayına, həm də keçirilmə müddətinə görə ən irimiqyaslı layihəsi olan YayFest 2026-ya start verilir.
"Report"un Şamaxıya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, YayFest və ümumilikdə səkkiz həftə ərzində təşkil olunacaq düşərgələrdə iki mindən artıq gəncin iştirakı nəzərdə tutulub:
"Bu, yalnız açıq havada keçirilən düşərgə formatı deyil, eyni zamanda dövlət gənclər siyasətinin əsas prioritetlərini təşviq edən bir platformadır. Ümumilikdə gənclər burada ekspertlər tərəfindən təlimlər alacaq, asudə vaxtlarını səmərəli təşkil edəcək, birlikdə komanda ruhunun formalaşdırılması istiqamətində fəaliyyət göstərəcəklər".
Y. Vəliyev qeyd edib ki, əsas məqsəd gənclərin həm şəxsi, həm də peşəkar inkişafına dəstək olmaq və dövlətçilik ənənələrini təşviq etməkdir:
"Ümumilikdə YayFest-in builki konsepsiyası süni intellekt və rəqəmsal transformasiyaya həsr olunub. Səkkiz həftə ərzində müxtəlif dövlət qurumlarının rəsmi nümayəndələri tərəfindən bu mövzular ətrafında da gənclərimizlə görüşlər keçiriləcək".
Oxşar xəbərlər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
WUF13 çərçivəsində xarici media nümayəndələri üçün Şamaxıya mediatur təşkil edilib
OBA "OBA-da gənclərin izi" ilə 10 illik tədbirlər planına start verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
-
Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
Vətəndaşa 26 min manat qaz borcu yazıldı: Məhkəmə qərarı icra olunmur
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir













