Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA
Far.Az xəbər saytı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA


"Pensiya ödənişlərinin paytaxt, iri şəhərlər və rayonlar arasında fərqli tarixlərdə deyil, ölkə üzrə eyni vaxtda və ya ən azı bir neçə gün ərzində həyata keçirilməsini daha məqsədəuyğun hesab edirik".

Bunu Far.Az-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib

Onun szlərinə görə, bu yanaşma xüsusilə kredit və digər maliyyə öhdəlikləri olan pensiyaçıların maraqlarına cavab verir:

"Ödəniş tarixləri arasında uzun fərqin olması bəzi vətəndaşlar üçün əlavə maliyyə çətinlikləri yarada bilər. Buna görə də pensiyaların, məsələn, paytaxtda ödəniş edildiyi gün və ya ən gec növbəti gün rayonlarda da köçürülməsi daha səmərəli olardı.

Hazırda Dövlət Sosial Müdafiə Fondunun maliyyə imkanları sabitdir, büdcə və yığım baxımından ciddi məhdudiyyətlər müşahidə olunmur. Eyni zamanda sosial ödəniş sisteminin elektronlaşdırılması və rəqəmsallaşdırılması pensiyaların daha qısa müddətdə və operativ şəkildə köçürülməsinə texniki imkan yaradır.

Bu baxımdan hesab edirik ki, pensiya ödənişlərinin regionlar üzrə parçalanması artıq zəruri deyil. Ödənişlərin ölkə üzrə eyni vaxtda və ya maksimum bir neçə günlük fərqlə həyata keçirilməsi həm sosial ədalət prinsipinə uyğun olar, həm də pensiyaçıların gündəlik maliyyə planlamasını asanlaşdırar, xüsusilə kredit və digər öhdəliklərin vaxtında icrasında yarana biləcək çətinliklərin qarşısını alar".

Orxan Hüseyn

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər