Dünya çempionu: "Zəhmətimiz yerdə qalmadı, Azərbaycanı layiqincə təmsil etdik"
Far.Az xəbər saytı

Dünya çempionu: "Zəhmətimiz yerdə qalmadı, Azərbaycanı layiqincə təmsil etdik"


"Şükür Allaha, zəhmətimiz yerdə qalmadı, Azərbaycanı layiqincə təmsil etdik".

“Report” xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (63 kq) jurnalistlərə açıqlamasında deyib.

O, dünya çempionu olduğuna görə sevincli olduğunu bildirib:

“Mundialdan öncə özümə inanırdım. İlk dəfə dünya arenasında 63 kq çəki dərəcəsində çıxış edirdim. Bunun çətin olacağını bilirdim. Lakin bütün görüşlərə hazır idim. Şükür Allaha, zəhmətimiz yerdə qalmadı, Azərbaycanı layiqincə təmsil etdik. Mən və komanda yoldaşlarım uğurlu nəticələr əldə etdik".

“Avropa çempionatında olimpiya çəkisində, 60 kq-da qalib gəldim. Növbəti hədəfim Olimpiya Oyunlarına vəsiqə qazanmaq olacaq", - 22 yaşlı idmançı qeyd edib.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında 85 xal toplamaqla komanda hesabında birinci olub.

N.Məmmədli bundan əvvəl fevralın 18-də Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanın üç yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb - YENİLƏNİB-2
Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Dünya çempionatında qızıl medal alan Azərbaycan güləşçiləri Vətənə qayıdıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər