Gyurov Bolqarıstanda prezident seçkilərində məğlubiyyətini etiraf edib - Yenilənib-2
Bolqarıstanda prezident seçkilərinin ikinci turunda namizəd Andrey Gyurov məğlubiyyətini etiraf edib.
"Far.Az" xəbər verir ki, o, bunu keçirdiyi qısa brifinqdə bildirib.
"Seçkilərin nəticələrini gözlənilməz olsa da, olduğu kimi qəbul edirik. Heç nə əbəs yerə edilməyib, ən yaxşısı isə hələ qarşıdadır. İnkişaf üçün yaxşı təməl yaratmışıq. Qarşıda çətin dövrlər var və ümumi vəzifələrin həlli üçün birləşməyə çalışmalıyıq. Dövlət isə öz vətəndaşlarının maraqlarına uyğun fəaliyyət göstərməlidir", - Gyurov qeyd edib.
"Proqressiv Bolqarıstan" Partiyasının lideri və Baş nazir Rumen Radev prezident seçkilərində qələbə qazanan İliyana Yotova və vitse-prezident seçilən Kiril Vılçevı təbrik edib.
Sosioloji agentliklərin hesablamalarına görə, Yotova və Vılçev seçicilərin təxminən 58 faizinin dəstəyini qazanıb. Onların rəqibləri Andrey Gyurov və Georgi Kandevə isə seçicilərin 38,6 faizi səs verib.
Seçkilərin rəsmi nəticələrini Mərkəzi Seçki Komissiyası noyabrın 4-dən gec olmayaraq açıqlayacaq.
Bolqarıstanda prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.
"Far.Az" xəbər verir ki, yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) seçki məntəqələri bağlanıb.
Exit-poll nəticələrinə əsasən, hazırkı prezident İliyana Yotova rəqibi üzərində qələbə qazanır.
Bolqarıstan Milli Televiziyasının efirində açıqlanan ilkin nəticələrə görə, seçicilərin təxminən 51 faizi Yotovaya səs verib. Onun rəqibi, müxalifətin dəstəklədiyi keçmiş müvəqqəti hökumət başçısı Andrey Gürovu isə seçicilərin 44,6 faizi dəstəkləyib.
Seçkilərdə seçici fəallığı təxminən 26,8 faiz təşkil edib.
Qeyd edək ki, açıqlanan göstəricilər exit-poll nəticələridir. Seçkilərin yekun nəticələri hələ müəyyənləşdirilməyib.
Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb.
"Far.Az"un məlumatına görə, ölkə daxilində yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 9:00) 12 mindən çox seçki məntəqəsi açılıb, 6,6 milyon seçicinin səs verə biləcəyi bildirilir.
Xaricdə daimi yaşayan və ya xaricə səyahət edən Bolqarıstan vətəndaşları üçün əlavə seçki məntəqələri 60 ölkədə açılacaq. İliana Yotova və Andrey Qyurov prezidentliyə, Kiril Vılçev və Georgi Kandev isə vitse-prezidentliyə namizəddirlər.
Səsvermənin ilk qeyri-rəsmi nəticələri saat 20:00-da, seçki məntəqələri bağlandıqda məlum olacaq. Rəsmi nəticələr 4 noyabrdan gec olmayaraq açıqlanacaq.
Bolqarıstan prezidenti xalq səsverməsi ilə beş illik müddətə seçilir və ardıcıl iki müddətdən çox vəzifə tuta bilməz. Vitse-prezident də prezidentlə eyni vaxtda seçilir. 2026-cı ildə dövlət başçısı vəzifəsi uğrunda mübarizədə ümumilikdə 27 nəfər iştirak edib.
Oxşar xəbərlər
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi
-
Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu
-
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
-
Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
-
Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb
-
"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb













