"İnteqral" QSC-nin 1,4 milyon manat pulunun mənimsəməkdə təqsirləndirilən sabiq əməkdaşlara hökm oxunub
Far.Az xəbər saytı

"İnteqral" QSC-nin 1,4 milyon manat pulunun mənimsəməkdə təqsirləndirilən sabiq əməkdaşlara hökm oxunub


"İnteqral" QSC-nin 1,4 milyon manat pulunu pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Məmmədova, Zaur Babayevə 8 il, Murad Rəsulova 5 il müddətə azadlıqdan məhrum etmə, Cəbrayıl Cəbrayılov və Fuad Xəlilzadəyə isə 5 il sınaq müddəti olmaqla şərti cəza verilib.

"Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Qeyd edək ki, onları 2022-ci ilin dekabrında saxlanılıblar.

İttihama görə, "İnteqral" QSC-nin məişət əşyalarının və texnikasının topdan satış kateqoriya üzrə meneceri Orxan Məmmədov 2019-cu ilin yanvar ayından başlayaraq QSC-nin məişət əşyalarının və texnikasının topdan satış şöbəsində sürücü-ekspeditor vəzifəsində işləyən Zaur Babayevlə əlbir olub malların satışından əldə olunan pulları cəmiyyətin xəzinəsinə ödəməyərək öz aralarında bölüblər.

Həmçinin ittihamda qeyd olunub ki, Orxan Məmmədov 2021-ci ilin yanvar ayından başlayaraq Zaur Babayevlə və əvvəllər tanıdığı QSC ilə ticarət əlaqələrində olan Murad Rəsulovla qabaqcadan əlbir olub.

Onlar ayrı-ayrı dilerlərdən sifariş kimi qəbul olunan və həmin dilerlərə çatdırılması təşkil edilməyərək malların Murad Rəsulovun vasitəsi ilə satışını həyata keçirərək satışdan əldə olunan pulları öz aralarında bölmək barədə razılığa gəliblər.

İttiham aktında həmçinin göstərilib ki, təqsirləndirilən Cəbrayıl Cəbrayılov "İnteqral" QSC-nin məişət əşyalarının və texnikasının topdan satış şöbəsində ekspeditor vəzifəsində çalışıb.

O, onunla birgə ekspeditor vəzifəsində işləyən Fuad Xəlilzadə və Cəmiyyətin məişət əşyalarının və texnikasının topdan satış şöbəsinin müdir müavini vəzifəsini icra edən Orxan Məmmədov ilə qabaqcadan əlbir olub malların satışından əldə olunan pulları şirkətin xəzinəsinə ödəməyərək öz aralarında bölmək barədə razılığa gəliblər.

Beləliklə, onlar ümumilikdə "İnteqral" QSC-nin 1 457 088 manat pulunu mənimsəməkdə təqdirləndiriliblər.

Orxan Məmmədov, Zaur Babayevə qarşı Cinayət Məcəlləsinin (CM) 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Murad Rəsulova isə CM-nin 179.3.2-cü (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Vətən müharibəsinin başlamasından 4 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər