Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı
Şəmkir rayonunda kişi nisyə ərzaq ala bilmədiyi mağazanı yandırıb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən ərzaq mağazasında baş verib.
Şəhər sakini Sabir Əzizov (adı və soyadı şərtidir) adıçəkilən ünvanda yerləşən ərzaq mağazasından 50 manatlıq ərzaq alıb və mağaza sahibinə bildirib ki, ayın sonunda aldığı müavinətlə həmin məbləği ödəyəcək. Ayın sonu o, yenidən mağazaya gəlib və əlavə nisyə ərzaq istəyib. Mağaza sahibi isə ona əlavə ərzaq verməyib.
Bundan əsəbiləşən S.Əzizov mağaza sahibindən qisas almaq qərarına gəlib. O, gecə saatlarında spirtli içki qəbul edərək, mağazanın qarşısına gəlib. Mağazanın şüşəsini sındıran Sabir içəri daxil olub, orada vitrində olan spirtli içkiləri qıraraq yerə töküb, mağazaya od vurub və hadisə yerindən qaçıb. Nəticədə mağaza içərisində olan 46 min manatlıq məhsulla birlikdə yanıb.
Əraziyə polis əməkdaşları gəliblər və araşdırmalara başlanılıb.
Aparılan araşdırmalar zamanı hadisəni S.Əzizovun törətdiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən S.Əzizov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə mağaza sahibi ilə təqsirləndirilən şəxs arasında barışıq elan edilib.
Məhkəmənin hökmü ilə S.Əzizov üç il azadlıqdan məhrum edilib. Məhkəmə tərəflər arasındakı barışığı nəzərə alaraq, S.Əzizov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və ona bir il sınaq müddəti təyin olunmaqla cəzasını şərti hesab edib.
Oxşar xəbərlər
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA













