Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Hadisənin ilkin səbəbi bəlli oldu
Samuxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslər müxtəlif qidalar qəbul ediblər.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin həkimi Əli Quliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, pasiyentlər əsasən halva və südlü aş qəbul ediblər:
"Onlarda halsızlıq və ishal əlamətləri olub. Xəstəxanada pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir".
***17:51
15.07.2026-cı il tarixində saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir.
Samux rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində baş verib.
10-dan çox şəxsin qidadan zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanaya yerləşdirildiyi bildirilir.
İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Halvanı yeyən ev sakinləri və qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNİB-2
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNİB
Astana Azərbaycanlı pasiyentlər üçün yeni imkanlar açır
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA













