Agentlik sədri: Bu günədək YAŞAT Fondu 19 mindən çox şəhid ailə üzvü və qazinin müraciətini həll edib
Bu günədək YAŞAT Fondu 19 268 şəhid ailə üzvü, müharibə əlili və qazinin 110 minə yaxın müraciətini həll edib.
"Report" xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Baku TV"yə müsahibəsində deyib.
Agentlik sədri bu məqsədlə 96 milyon manata yaxın vəsait xərcləndiyini söyləyib:
"Bu gün şəhid ailə üzvləri, müharibə əlilləri və qazilərin müalicəsi ilə bağlı hər hansı problem yoxdur, ən azından bizə belə bir müraciət daxil olmayıb. YAŞAT Fondu fəaliyyətə başlayanda şəhid ailə üzvlərinin, müharibə əlillərinin həmin dövrə aid kreditlərinin ödənilməsi, mənzillərin məişət avadanlıqları ilə təmin olunması, müəyyən təhsil xərclərinin qarşılanması həyata keçirilirdi. Ancaq artıq həm şəhid övladları, həm də müharibə əlilləri təhsil haqqından azaddır. Eyni zamanda, həmin dövrdəki kreditlər bağlanıb, mənzil təminatının yaxşılaşdırılması dövlət nəzarətindədir. Ona görə də son dövrlər YAŞAT Fondu yalnız müalicə ilə bağlı xidmətlərə fokuslanıb. Özü də Fond yalnız İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində yer almayan xəstəliklərə müdaxilə edir. Həmin şəxslər YAŞAT Fondunun dəstəyi ilə əməliyyat olunur, müalicə edilir, dərman vasitələri ilə təminatı həyata keçirilir".
Ü.Mehdiyev eyni zamanda Vətən müharibəsindən sonra 120 şəhid övladı dünyaya gəldiyini bildirib:
"Hər bir uşağın adına bankda hesab açılıb və 5 000 manat vəsait qoyulub. Onlar 16 yaşına çatanadək hesaba toxunulmur, üzərinə faiz gəlir, həmin yaşa çatdıqda bank hesabında kifayət qədər məbləğ yaranacaq. Uşaqların gələcək təminatına bu əlavə dəstəkdir. YAŞAT Fondunun xüsusi saytı və hesabatlılıq bölməsi var".
Agentlik sədri bununla yanaşı ötən altı il ərzində problemlərin sayının kəskin azaldığını da vurğulayıb:
"Müraciətlərin sayı əvvəlki qədər deyil, ianələrin də sayı azalıb. Bu da təbii azalmadır. Amma YAŞAT Fondu vətəndaşlar üçün yaradılmış platformadır. Əgər vətəndaşlar ianə edəcəksə, YAŞAT Fondu da funksiyasını davam etdirəcək. Əks təqdirdə öz fəaliyyətini məhdudlaşdıracaq. Bu da təbii prosesdir".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı
-
İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ
-
Nilüferin övladlığa götürdüyü 26 yaşlı qızı evləndi













